Taliban təşkilatı ABŞ Prezidenti Donald Trampın sülh prosesini başa çatdırdığı açıqlamasına cavab verib.
Teleqraf.com xəbər verir ki, radikal təşkilatın yaydığı açıqlamada bu qərarına görə ABŞ təhdid olunub.
Taliban sözçüsü Zəbihullah Mücahidin adından yayımlanan açıqlamanda “Amerikalılar hər kəsdən daha çox ağrıyacaq. Bu, daha çox amerikalılara baha başa gələcək” sözlərinə yer verilib:
“Trampın bu qərarı daha çox amerikalıların canını və malını itirməsinə səbəb olacaq. ABŞ gec-tez müzakirələrə qayıtmaq məcburiyyətində qalacaq”.
Taliban sözçüsü ABŞ və xarici ölkələrin öz hərbi qüvvələrini Əfqanıstandan geri çəkənədək mübarizəyə davam edəcəyini açıqlayıb.
ABŞ prezidenti Əfqanıstanın paytaxtı Kabulda 11 mülki şəxsin və 1 amerikalı hərbçinin ölümü ilə nəticələnən terror aktının məsuliyyətini Talibanın öz üzərinə götürməsindən sonra açıqlama yayaraq, bu təşkilatla dialoqun dayandırıldığını elan etmişdi.