Ukrayna Prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün sentyabrın 23-də ABŞ-a səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi Ukraynanın xarici işlər naziri Vadim Pristayko bildirib.
“Bildiyiniz kimi, bizim ABŞ-a getməyimiz üçün yazılı dəvətimiz var. Ancaq ABŞ-a yazılı dəvətnamə ilə də səfər etmək asan deyil. Biz Vaşinqtona həm də ABŞ Prezidenti və hökuməti ilə görüşmək üçün gedirik. Müxtəlif tarixlər var. İndi bunun üzərində çalışırıq. Düşünürəm ki, yaxın gələcəkdə Amerika tərəfi ilə razılaşdırılmış konkret tarix barədə məlumat əldə edəcəksiniz”, – deyə Pristayko keçirdiyi brifinqdə bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp V.Zelenski ilə Varşavada görüşməyi planlaşdırsa da, Tramp sonradan Polşaya səfərini ləğv edib.
BMT Baş Assambleyası sentyabrın 23-də universal sağlamlıq xidmətləri mövzusunda yüksək səviyyəli iclas keçirəcək.