9 Sentyabr 2019 17:40
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

DJ sevgilisi Quido Seniya ilə İbizada istirahət edən model Şeyma Subaşının paylaşdığı foto bəzi valideynləri hiddətləndirib. Türkiyədə məktəblərin açılmasına baxmayaraq, hələ də dincələn Şeyma Subaşına paylaşdığı fotoların altında tənqidlər yağdırılıb.

Teleqraf.com xəbər verir ki, bu il birinci sinifə başlayan Şeyma Subaşının qızı Melisanın yanında olmamasını bəzi izləyicilər qəbul etməyib:

“Məktəblər başlayıb. Ana isə İbizadadır. İbizada olmaq qlamurluq deyil. Ana olmaqdır qlamurluq”.

“Şeyma, yaşlananda uşağının qayğısına qalmadığın üçün peşman olacaqsan. Sevgilidən indiyə qədər heç kim xeyir görməyib. İstifadə edilib atılırsan”- deyə etirazlarını bildiriblər.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər