9 Sentyabr 2019 20:29
1 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün Böyükşəhər Bələdiyyə sədrlərini Ankaraya dəvət edib.

Teleqraf.com xəbər verir ki, bələdiyyə sədrləri ilə görüş sentyabrın 11-də prezidentin iqamətgahında keçiriləcək.
Rəsmi qəbulda ölkə başçısı iştirakçılara xitab edəcək.

Ərdoğan yerli seçkilərdən sonra bu toplantı ilə ilk dəfə 30 böyükşəhər bələdiyyə sədri ilə bir araya gəlmiş olacaq.

Tədbirə Ankara bələdiyyə sədri Mansur Yavaş və İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu da qatılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər