10 Sentyabr 2019 08:14
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə görüşün mümkünlüyünü istisna etmir.

Teleqraf.com xəbər verir ki, Donald Tramp Şimali Karolinaya uçmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

O, Ruhani ilə görüşün mümkün olub-olmadığına dair suala belə cavab verib: "Bu, baş verə bilər. Heç bir problem yoxdur. İran hər şeyi qaydasına salmalıdır, çünki düzünü desək, onlar çox pis vəziyyətdədirlər".

Xatırladaq ki, Tramp daha öncə sentyabrın sonlarında BMT-nin Baş Assambleyasının ümumi müzakirəsi çərçivəsində Ruhani ilə görüşün keçirilməsi haqda ehtimalın böyük olduğunu demişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər