10 Sentyabr 2019 10:15
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasından (AKP) çıxarılmasının təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, mediada yayılan sənəddə Davudoğlunun çıxışları, sosial şəbəkədəki paylaşımları və mətbuata verdiyi açıqlamalar onun AKP-dən uzaqlaşdırılması üçün əsas səbəblər arasında yer alıb.

Sənəddə Davudoğlunun “Hakimiyyəti troll qruplaşmalarına təslim edənlər qarşısında üç il susduq”, sözləri də öz əksini tapıb.

Habelə sabiq baş nazirin “Kimsə xalqı öz monopoliyasına ala bilməz, kimsə “bu xalq mənim partiyamın monopoliyasındadır” deyə bilməz. Biz bu xalqdan gizlədilən malikanələrdə oturub Türkiyəni dəyişdirmək istəyənlərin sırasında deyilik” sözləri də sənədə əlavə edilib.

Əhməd Davudoğluna göndərilən qərarnamədə Prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrakın tənqid edildiyi açıqlamalar da yer alıb.

Həmin açıqlamalardan birində deyilir: “Hakimiyyət və ailə əlaqələri qəti şəkildə ayrılmalıdır. Hakimiyyət iyerarxiyasında birinci dərəcəli qohumluq əlaqələri yer almamalıdır. Radikal islahatlarla bu ölkənin psixologiyası və strukturları yenidən dəyişdirilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər