10 Sentyabr 2019 15:57
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrana qarşı sanksiyalar ABŞ-ın özünə tətbiq olunsaydı, çoxdan çökmüşdü”.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Salami çıxış edib.

SEPAH başçısının sözlərinə görə, amerikalı rəsmilər İran rəsmilərindən biri ilə yadigar qalacaq şəkil çəkdirmək arzusu ilə yaşayır:

“Dünya güclərinin artıq müqavimət göstərəcək qüvvəsi qalmayıb, son çırpınışlarını edirlər”.

ABŞ-la yenidən razılaşma ehtimalına toxunan Hüseyn Salami “İranın lüğətində uduzmaq, təslim olmaq, müzakirə aparmaq və saziş bağlamaq kimi sözlərin olmadığını” çıxışına əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər