Şimali Atlantika Müqaviləsi Təşkilatı(NATO) üzvləri Ukraynanı silahla təchiz edirlər.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirliyi Valeriy Geletey bəyan edib. Onun sözlərinə görə, Ukrayna nüvə statusunun qaytarılması haqqında da düşünə bilər.
Geletey Ukrayna ordusunun silahları hansı ölkələrdən aldığını dəqiqləşdirməyib.
Daha əvvəl rəsmi Kiyev oxşar bəyanatlarlar çıxış etsə də, NATO-ya üzv beş ölkə, o cümlədən ABŞ bu məsələni təkzib edib.
Geletey deyib ki, sentyabrın əvvəlində Uelsdə alyansın sammiti çərçivəsində NATO ölkələrinin nazirləri ilə ikitərəfli görüşlərdə Ukraynanın silahla təchiz olunmasını müzakirə edib: “Konret hansı ölkə ilə razılaşdığımızı açıqlamaq hüququna malik deyiləm, amma silahın bizə istiqamətlənməsi tamamilə həqiqətdir”.
Həmçinin Geletey qeyd edib ki, Ukraynanın hələlik nüvə silahı əldə etmək niyyəti yoxdur, amma gələcəkdə bu məsələyə dönəcəyi də şübhəsizdi.
Samir