11 Sentyabr 2019 15:56
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin sonuna qədər Türkiyə Azərbaycana ixracatı artırmaq niyyətindədir.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Birliyinin (TİM) hesabatında bildirilib.

Hesabatda bildirilib ki, 2019-cu ilin sonuna qədər Türkiyə 2018-ci illə müqayisədə Azərbaycana ixracatı 3.6 faiz artırmağı planlaşdırır.

Hesabatda, eyni zamanda 2019-cu ilin yanvar-avqust aylarında Türkiyənin Azərbaycana ixracatının 967.432 milyon ABŞ dolları təşkil etdiyi, bunun da 2018-ci ilin eyni dövrü ixrac rəqəmləri ilə müqayisədə 2.41 faiz çox olduğu qeyd edilib.

TİM-in məlumatına görə, 2019-cu ilin avqust ayında Türkiyənin Azərbaycana ixracatı 2018-ci ilin avqustuna nisbətən 23.68 faiz artaraq 138.2 milyon dollar olub.


Müəllif: Mənsur Rəğbətoğlu