Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində onlarla layihə üzrə müqavilənin imzalanması planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib.
Novak Rusiya Federasiyası Prezidentinin Səudiyyə Ərəbistanına gözlənilən səfəri çərçivəsində neçə müqavilənin imzalanmasının planlaşdırıldığına dair suala cavab olaraq deyib:
“Orada imzalanması üçün çox böyük, mühüm sənədlər paketi hazırlanır. Onlarla layihədən söhbət gedir”.
RF Prezidenti V.Putinin Səudiyyə Ərəbistanına səfəri oktyabr ayına planlaşdırılır.