Ukraynada 3,5 mindən artıq rus hərbçisi həlak olub.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumatı rusiyalı hüquq müdafiəçisi Yelena Vasilyeva verib.
Onun sözlərinə görə, rəsmi Moskvada həlak olanlar barədə dəqiq məlumat yoxdur: “Ölülərin sayını dəqiqləşdirmək mümkün deyil. Müxtəlif mənbələrdə verilən xəbərlərdə İlovayskdakı qələbədə 300, geri çəkiləndə 47 nəfər, Snejnoye kalonunda 120 nəfər, Pskov desantlarından 70 nəfər, Novoazovskda 60 nəfər, Krasnokamensdəki şaxtada 600 nəfər həlak olub. Ancaq bu dəqiq məlumat deyil. Hələ biz yaralananların sayını da dəqiqləşdirə bilməmişik”.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.