Tayvanın cənubunda fermaların birində "quş qripi" ilə əlaqədar 5 min ördək məhv edilib.
Teleqraf.com-un məlumatına görə, Vandan şəhəri yaxınlığındakı fermaların birində H5N2 quş qripi virusu ştammı aşkar edilib.
Qeyd olunur ki, fermada ümumilikdə 5 119 ördək məhv edilib.
Həmin fermada, eləcə də qonşu fermalarda sterilizə əməliyyatları keçirilib.