Bu gün Türkiyəprezidentinin iqamətgahında böyükşəhər bələdiyyə sədrləri ilə keçirilən görüşdə maraqlı anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, türk mediası İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun oturduğu stulun qırıldığını və yerə yıxıldığını yazıb.
Hadisəyə reaksiya verən Prezident Rəcəb Tayyib Ərdoğanla İmamoğlu arasında maraqlı dialoq olub. Ərdoğanın "Biz heç nə etmədik, sən stulu qırdın, pulunu ödəməlisən" sözlərinə İmamoğlu "İkincisində möhkəm oturaram, əfəndim" cavabını verib.
Tərəflərin zarafatyana söhbəti zalda gülüşə səbəb olub.