11 Sentyabr 2019 23:00
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, tərəflər Tehranın nüvə sazişi öhdəliklərinin azaldılmasının üçüncü mərhələsindən sonra ilk dəfə danışıblar.

Ruhani fransalı həmkarına nüvə sazişinin icrası ilə bağlı Avropa ilə yekun razılaşmaların əldə edildiyi halda İranın nüvə proqramı ilə bağlı sazişin müddəalarının icrasına qayıtmağa hazır olduğunu deyib.

Makron Parisin işlərini bu istiqamətdə davam etdirdiyini bildirib.


Müəllif: Teleqraf.com