12 Sentyabr 2019 08:36
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin sabiq baş nazir Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) barəsində çıxardığı son qərarın müzakirəsi üçün sabah mətbuat konfransı keçirəcək.

Teleqraf.com xəbər verir ki, keçmiş 3 deputatla birlikdə AKP sıralarından çıxarılan Əhməd Davudoğlunun məsələ ilə əlaqədar mövqeyini ifadə etmək üçün jurnalistlərin qarşısına çıxacağı bildirilir.

Qeyd edək ki, “partiyanın fundamental prinsiplərinə zidd davranışlar”, “cəmiyyətdə partiya haqda yanlış rəy formalaşdırmaq” kimi səbəblər əsas gətirilərək Əhməd Davudoğlu, Selçuk Özdağ, Ayhan Sefer Üstün və Abdullah Başçı hakim partiyadan uzaqlaşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər