12 Sentyabr 2019 11:40
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tonqa baş naziri Akhişi Pohiva vəfat edib.

Teleqraf.com xəbər verir ki, baş nazir Yeni Zelandiyanın Oklend şəhər xəstəxanasında gözlərini əbədi yumub.

“Yeni Zelandiya” radiosu bəyan edib ki, ötən gün sətəlcəm diaqnozu ilə ölkə xəstəxanasına gətirilən Tonqanın 15-ci baş naziri Pohivanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, karyerasını müəllimlikdən başlayan Pohiva Tonqa demokratik hərakatının liderlərindən olub. İnsan haqları və demokratik hərəkatdakı xidmətlərindən sonra Demokrat Partiyasına liderlik edən Pohiva ilk dəfə 1987-ci ildə ölkə parlamentinə seçilib.

Son 5 ildə ölkənin baş naziri olub.


Müəllif: Cavad

Oxşar xəbərlər