15 Sentyabr 2014 11:30
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mardin şəhərinin Nusaybin rayonu ilə sərhəd olan Suriyanın Qamaşlı şəhərinin Tılhamis kəndində “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə Xalq Müdafiə Qoşunları (YPG) qüvvələri arasında toqquşmalar davam edir.

Teleqraf.com-un timeturk.com-a istinadən verdiyi xəbərə görə, İŞİD –in endirdiyi hava zərbələrindən biri Nusaybin rayonuna düşüb. İnsan itkisinin olmadığı zərbə beynəlxalq avtomobil yoluna düşüb və ciddi fəsadlar törədib.

Hadisədən sonra polis avtomobil yolunda araşdırmalara başlayıb.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: