Türkiyənin Mardin şəhərində terrora qarşı və övladları PKK terror təşkilatı mənsubları tərəfindən dağlara qaçırılan analara dəstək məqsədilə yürüş keçirilib.
Teleqraf.com xəbər verir ki, Mardinin mərkəzi Artuklu rayonunda yerləşən “15 iyul - Demokratiya və Şəhidlər” parkında toplaşan vətəndaşlar əllərində Türkiyə bayraqları ilə şəhərin Ravza prospekti boyunca yürüş ediblər.
Yürüş zamanı terror təşkilatlarına, o cümlədən PKK-ya qarşı şüarlar səsləndirilib. İştirakçılar ölkəni bölmək və parçalamaq istəyənlərə qarşı hər zaman bir yerdə olacaqlarını bəyan ediblər.