13 Sentyabr 2019 09:56
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2020-ci ildən xarici borclanmanı ABŞ dolları ilə aparmayacaq.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Rusiya baş nazirinin müavini və maliyyə naziri Anton Sulyanov çıxış edib.

2019-cu ilin sonuna qədər ölkə iqtisadiyyatında xarici borlanma planlanmadığını bildirən nazir avro və yuandan istifadəni mümkün sayıb: "2020-ci ildə borclanmanı dollar olmayan pul vahidləri, ehtimal ki, avro və yuan vasitəsi ilə aparacağıq".

Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkənin beynəlxalq ehtiyatlarında dolların payı ötən il 2017-ci ilə nisbətən 23.1 bənd azalaraq 22,7 faiz, avronun payı 10 bənd artaraq 31,7 faiz, yuanın payı isə 11.4 bənd artmaqla 14,2 faizə yüksəlib.

Xatırladaq ki, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Qreşkin də Maliyə Nazirliyi və Mərkəzi Bankla birlikdə ölkə iqtisadiyyatını dollarsızlaşdırma üçün addımlar atılacağını bəyan etmişdi.


Müəllif: Mahir

Oxşar xəbərlər