13 Sentyabr 2019 10:14
2 820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ Suriyanın şimalında qurulması planlanan təhlükəsizlik bölgəsi üzərində dördüncü müştərək hərbi hava patrulu həyata keçirib.

Teleqraf.com xəbər verir ki, Fəratın qərbində baş tutan helikopter patrul xidmətindən sonra İraq və Suriyada İŞİD-lə mübarizə koalisiyasının “Xüsusi əməliyyatlar ortaq qüvvələrinin” tvitter səhifəsində qalmaqallı paylaşım edilib.

Tvitterdə paylaşılan ABŞ və türk əsgərinin olduğu helikopter görüntüsünün altına belə bir mətn yazılıb:“ABŞ liderliyindəki koalisiya NATO müttəfiqi Türkiyə ilə İŞİD-i məğlub etmək prosesində ortağı SDG arasında həll tapmağa davam edir. Bu gün ABŞ UH-60 helikopterləri türk helikopterləri ilə birlikdə təhlükəsizlik mexanizminin dördüncü uçuşunu həyata keçirib”.

PKK-nın Suriya uzantısı olan SDG-nin tvitter hesabında verilən açıqlamada isə deyilir: “Bu gün təhlükəsizlik mexanizması bölgəsində yeni Amerika-Türk ortaq uçuşu həyata keçirilib. Çərçivə razılaşmasına görə, SDG bu uçuşlardan xəbərdardır və ona razılıq verir”.


Müəllif: Cavad

Oxşar xəbərlər