13 Sentyabr 2019 14:09
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xoşbəxtlik oğrunu həbsxanada görməkdir, Maldiv adalarında yox.

Teleqraf.com “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

O, daha sonra deyib:

“Bizə nə qədər inanmırlarsa, bizdə bir o qədər yaxşı alınır. Bu, prezident seçkiləri zamanı da, deputat toxunulmazlığının ləğvi ilə də bağlı elə oldu. Korrupsiyanı aradan qaldırmaqla bağlı da elə olacaq”.

Prezident Ukraynanın korrupsiyaya qalib gələcəyini və bunda günahı olanların məsuliyyətə cəlb ediləcəyini söyləyib.

Bu ilin avqustun əvvəlində Ukrayna Dövlət Təhqiqat Bürosu ölkənin keçmiş prezidenti Petro Poroşenkonun 2018-ci ildə Maldiv adalarına istirahətə getdiyi zaman dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi açıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər