ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi Venesuelanın keçmiş prezidenti, mərhum Uqo Çaveslə bağlı hesabat hazırlayıb.
Teleqraf.com xəbər verir ki, hesabatda U.Çavesin ABŞ-ı kokainlə “boğmaqla” bağlı göstəriş verdiyi bildirilib.
Sənədə istinadən məlumat yayan İspaniyanın ən çox tiraja və nüfuza malik “El Mundo” qəzeti bildirir ki, ABŞ ədliyyə orqanları müvafiq hesabatı İspaniyanın Milli Məhkəmə Kollegiyasına göndərib. Çünki əvvəllər İspaniyanın hüquq-mühafizə orqanları ABŞ-ın tələbi ilə U.Çavesin bu planı müzakirə etdiyi iclasda iştirakçı olduğu iddia edilən Venesuela hərbi kəşfiyyatının keçmiş rəhbəri Uqo Karvaxalyanı həbs edib.
Sənəddə deyilir ki, görüş 2005-ci ildə Çavesin rəsmi iqamətgahında baş tutub. Bu zaman Venesuelanın keçmiş rəhbəri ölkənin kəşfiyyatı ilə əlaqəli şəxslərə “ABŞ-ı kokain altında qoymaq yolu ilə onunla qarşı mübarizə aparmaq” əmrini verib. ABŞ-ın versiyasına görə, Çaves bunun üçün Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin sol radikal qrupu ilə “koordinasiyada olmağın” vacibliyini bildirib.
Hesabatda deyilir ki, bu məlumatlar xüsusilə məlum görüşdə iştirak edənlərdən birinin şahid ifadəsinə əsaslanır. ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin məlumatına görə, bu şəxs həmin vaxt Venesuelada hakim olub.