13 Sentyabr 2019 17:15
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Rəcəb Tayyib Ədoğan 2023-cü ildə keçiriləcək prezident seçkisində məğlub olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müxalifətdə olan İyi partiyanın başqanı Meral Akşener deyib.

Akşener hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Millətçi Hərəkat Partiyası (MHP) arasında qurulmuş blokun perspektivinin olmadığını iddia edib: “AKP və MHP arasındakı ittifaq “katolik nikahı”dır. Amma hörmətli Ərdoğanın bu haqda nə düşündüyünü bilmirəm.

2023-cü il prezident seçkisindən danışıram, bu seçkidə hörmətli Ərdoğanın seçilməsi mümkün deyil. Özünün də bunu gördüyünü bilirəm, səsləri buna bəs etmir. Açar bizdədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər