"The Wall Street Journal" qəzeti ABŞ Prezidenti Donald Trampın "Böyük yeddilər"in (G7) Fransanın Biarrits şəhərində keçirilən sammitində misirli həmkarı Əbdül Fəttah əs-Sisiyə "sevimli diktator" dediyini yazıb.
Teleqraf.com xəbər verir ki, Tramp Amerika və Misir məmurlarının iştirak etdiyi görüşdən əvvəl ucadan "Hanı mənim sevimli diktatorum?" sualını verib.
Nəşr bu sualla Trampın öz misirli həmkarını axtardığını qeyd edib.
Həmin vaxt zalda sükut çöküb. Hadisə şahidləri güman edir ki, Tramp bu sözü ilə zarafat edib.