14 Sentyabr 2019 13:52
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ölkənin girov məsələləri üzrə xüsusi nümayəndəsi Robert Brayenin milli təhlükəsizlik məsələləri üzrə köməkçi vəzifəsinə namizədliyini nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Tramp sentyabrın 13-də Ağ Evdə Brayenlə görüş keçirib. Hakimiyyət Dövlət Departamenti və Pentaqon nümayəndələri ilə yaxşı münasibətlərinə görə onu “təhlükəsiz seçim” hesab edir.

“Onlar Ağ Evdə komanda oyunçusunu görmək istəyirlər”, – deyə “Vaşinqton Post” hökumət nümayəndəsindən sitat gətirir.

Bundan əvvəl, Tramp ABŞ dövlət katibi Mayk Pompeonun milli təhlükəsizlik məsələləri üzrə köməkçi vəzifəsinə təyin olunma ehtimalını istisna etdiyini bildirib.

Sentyabrın 10-da Tramp bir sıra məsələlərdə çoxsaylı fikir ayrılıqlarına görə milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonu vəzifəsindən azad edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər