15 Sentyabr 2019 00:40
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ildə ABŞ kəşfiyyatından gizli məlumatların yayılmasını təşkil edən Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı Edvard Snouden iki il əvvəl sevgilisi Lindsi Millslə evlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, “The Guardian”a verdiyi müsahibədə bildirib.

Əvvəllər onların münasibətlərinin rəsmiləşdirilməsi məlum deyildi.

Müsahibə E.Snoudenin xatirələrinin əks olunduğu kitabın çapı öncəsi dərc olunub. Sentyabrın 17-də 20 ölkədə satışa çıxarılacaq kitabda keçmiş agent keçmişi, şəxsi həyatı və hərəkətinin səbəbləri, doğma yurdundan qaçmaq məcburiyyətində qalması barədə danışıb. Bundan əlavə Snouden Moskvadakı həyatının təfərrüatlarını bölüşüb.


Müəllif: Səxavət

Oxşar xəbərlər