Hazırda Parisdə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı keçiriləcək tədbirlər müzakirə edilir.
Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, konfransda 20-yə yaxın ölkənin, habelə bəzi beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Fransa prezidenti Fransua Ollandın açıq elan edəcəyi konfransda İraq prezidenti Fuad Məsudun da çıxışı gözlənilir.
Almaniyanı xarici işlər naziri Frank-Uolter Steinmeier təmsil edir.
Steinmeier daha əvvəl verdiyi açıqlamada terror təşkilatının başqa ölkələri də hədəf alacağını deyib və bu kontekstdə Səudiyyə Ərəbistanı və İordaniyanı qeyd edib.
Xatırladaq ki, Fransa ABŞ-ın terror təşkilatına qarşı hava hücumlarına töhfə verməyə, Almaniya isə iraqlı kürdlərə silah və humanitar yardım etməyə hazır olduqlarını bildirib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.