16 Sentyabr 2019 08:02
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın keçmiş baş baziri Devid Kemeron memuarında hazırki hökumət başçısı Boris Consonu sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, Kemeronun memuarının sentyabrın 19-da ictimaiyyətə təqdim olunacağı bildirilir.
Kemeron Consonu yalançı adlandırıb vəzifəpərəstlikdə suçlayıb.

Vaxtilə Boris Consonun "Brexit"i dəstəkləmədiyini xatırladan Kemeron qeyd edib ki, şəxsi karyerasının davam etməsi üçün "Brexit"i dəstəkləyir: "Referendum ərəfəsində Consonla görüşdüm və ona mühafizəkarların dəstəyi olaraq müdafiə naziri vəzifəsini təklif etdim. Ancaq o imtina etdi, az sonra yaxın dostu Maykl Qouvla birlikdə "Brexit"in xeyrinə kampaniyaya başladı".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər