16 Sentyabr 2019 12:28
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vogue” jurnalının redaktoru Nikolas Koleric “İşıqlı illər” adlı məqaləsində Uelsin mərhum şahzadəsi Diana haqda ilginc faktları açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Koleric 1996-cı ildə Diananın “The Daily Mirror” qəzetində çılpaq fotosunun yayımlanmasından bir neçə gün sonra onunla nahar yeməyində görüşdüyünü yazıb.

Məqalə müəllifinə görə, Uels şahzadəsi Diananın o dönəmdə 14 yaşı olan oğlu şahzadə Uilyam anasının İspaniya tətilində çılpaq fotosunun çəkilməsi səbəbindən çətin günlər yaşayıb.

İngilis jurnalist qeyd edir ki, Uilyam fotonun yayılmasından sonra anasına zəng edərək sinəsinin kiçik olmasına görə dostlarının onu ələ saldığını deyib.

Yemək vaxtı bu haqda Diana ilə danışdığını bildirən Koleric yazıb:

“Nikolas, səndən bir şeyə soruşa bilərəm? Xahiş edirəm, dürüst ol amma. “Daily Mirror”dakıı fotomu gördün? O, (şahzadə Uilyam) çox üzülmüşdü. Bəzi dostları sinəmin çox kiçik olduğunu deyərək, onu ələ saldıqlarını deyir. Səncə, sinəm çox kiçikdir?”.


Müəllif: Yalçın Uğur