Rusiya Dövlət Duması Xəzər dənizinin Hüquqi Statusu haqqında Konvensiyanın ratifikasiyası məsələsini müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Duması sədrinin birinci müavini Aleksandr Jukov məlumat verib.
Onun sözlərinə görə, Dövlət Duması sentyabrın 19-da Xəzər dənizinin Hüquqi Statusu haqqında Konvensiyanın ratifikasiyası məsələsini müzakirə edəcək.
Rusiya Prezidenti Vladimir Putin sənədi iyulun 30-da Dövlət Dumasının müzakirəsinə təqdim edib. Konvensiya keçən il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilmiş V Xəzər Sammitində imzalanıb.