15 Sentyabr 2014 14:11
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şimal-qərbindəki Sincan Uyğur muxtar vilayətində qanunsuz olaraq dini təhsil və təbliğat aparıldığı irəli sürülən Quran kurslarına qarşı əməliyyatda 190 uşağın "xilas edildiyi" irəli sürülüb.

Teleqraf.com haber7.com-a istinadən xəbər verir ki, bu barədə Sincan polis rəsmiləri məlumat verib.

Bildirilir ki, Urumçi şəhərində qeyri-qanuni təbliğat, dini fəaliyyət və dini internet yayımında günahlandırılan 35 nəfər həbs olunub.

Şəhərin 26 nöqtəsində Quran kurslarını hədəf alan əməliyyatlar nəticəsində 47 qeyri-qanuni təşkilatın dağıdıldığı deyilib.

Uşaqların aqibəti haqqında məlumat verilməyib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər