17 Sentyabr 2019 11:24
2 967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən günlərdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən sabiq baş nazir Əhməd Davudoğlu İstanbulda ələvilərin Qarip Dədə Dərgahına (Cəmevinə) baş çəkib.

Teleqraf.com xəbər verir ki, Cəmevində görüş keçirən Davudoğlu ələvi icmasının üzvləri və başçıları ilə söhbət edib.

Əlavə edək ki, Əhməd Davudoğlu baş nazir postunda olarkən ələvi təriqətindən olanlara qarşı radikal mövqeyi ilə seçilirdi.

Vaxtilə Suriyada ələviləri yer üzündən silməklə hədələyən radikal dini təşkilatlara dəstək verdiyi iddia olunan Davudoğlunun bu səbəbdən ələvi icması ilə görüşü birmənalı qarşılanmayıb.

Türkiyənin bir sıra media qurumları və ekspertləri sabiq baş nazirin bu addımının bölgədəki ələvi icması ilə münasibətləri soyuq olan Prezident Rəcəb Tayyib Ərdoğana qarşı yönəldiyini iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər