17 Sentyabr 2019 13:00
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin partiyasının seçkiqabağı təbliğat mitinqinə hücum təşkil edilib.

Teleqraf.com xəbər verir ki, Parvan vilayətinin Cəngəl Bağ bölgəsində mitinqə toplaşan kütlənin içərisində bomba partladılıb.

Yerli medianın məlumatına görə, terror aktı zamanı 24 nəfər ölüb, azı 30-u yaralanıb.

Rəsmilər partlayış zamanı prezidentin mitinq keçirilən ərazidə olub-olmadığına dair hələ açıqlama verməyib.

Məsuliyyəti heç bir terror təşkilatı öz üzərinə götürməyib.


Müəllif: Nərgiz