17 Sentyabr 2019 15:35
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Adnan Oktar Camaatının həbs olunmuş 171 üzvü və 226 şübhəli haqda məhkəmə prosesi bu gün başlayacaq.

Teleqraf.com xəbər verir ki, məhkəmə prosesinin keçiriləcəyi Silivri Ağır Cinayətlər Məhkəmənin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.

Məhkəməyə çıxarılacaq şəxslər “Siyasi və hərbi casusluq”, “Cinayətkar şəbəkə qurmaq”, “Cinsi zorakılıq” və ayrı-ayrılıqda 24 ittiham üzrə mühakimə olunacaq.

Müvafiq ittihamlar üzrə həbs edilmiş şəxslər arasında Adnan Oktar Camaatının lideri, din adamı Harun Yəhya (Adnan Oktar) da var.

“Kediciklər kralı” adıyla məşhurlaşan Adnan Oktarın məhkəməyə çıxarılacağı bu günlərdə onun Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətlərinə dair sosial şəbəkədə yayılan foto və məlumat şok effekti yaradıb.

Məlumatda bildirilib ki, 1994-cü ildə Ərdoğan İstanbul şəhər bələdiyyəsinin sədri olarkən Adnan Oktar Camaatından ona böyük dəstək verilib.

Qeyd edilib ki, Oktar Camaatının fəaliyyətlərinə AKP-dən dəstəyin verilməsinə adekvat olaraq, Adnan Oktar da bütün seçkilərdə öz camaatı ilə birlikdə AKP-ni dəstəkləyib.

Fotonu təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər