17 Sentyabr 2019 16:16
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar bir-birinin ünvanına sərt ifadələr işlədən Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Adnan Menderesin anım mərasimində bir araya gələrək əl sıxıb.

Teleqraf.com xəbər verir ki, onların əl verib görüşməsi fotoqrafların diqqətindən yayınmayıb.

Soylunun İmamoğluna yönəlik “Pəjmürdə edərik” ifadəsindən sonra tərəflər arasında münasibətlər soyumuş, hər ikisi ötən həftə prezidentin iqamətgahında keçirilən bələdiyyə sədrlərinin toplantısında iştirak etsələr də, bir-birindən uzaq məsafədə əyləşmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər