17 Sentyabr 2019 18:10
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen 2022-ci ildə ölkədə keçiriləcək prezident seçkisində iştirakını istisna etməyib.

Teleqraf.com xəbər verir ki, müsəlmanlara qarşı radikal fikirləri ilə tanınan siyasətçi seçkidə qalib gəlmək ehtimalının yüksək olduğunu iddia edib:

“Düşərgəmiz prezident seçkilərində qalib gəlmək üçün mümkün qədər çox güc birləşdirə biləcək birini seçəcək. Görürəm ki, bir çoxu sehrli namizəd axtarır. O, bəlkə də ortaya çıxacaq. Hər halda, mən fransızlara deyirəm ki, kimsə görünməsə, mən həmişə onların maraqlarını qorumaq üçün burdayam”.

Le Penin fikrincə, 2022-ci ildə keçiriləcək seçkidə iki fərqli baxış - qlobalistlər və millətçilər mübarizə aparacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər