18 Sentyabr 2019 09:13
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putin və Aleksandr Lukaşenko dekabrın 8-dək Rusiya və Belarusun inteqrasiyasını nəzərdə tutan proqramı təsdiqləyə bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Belarusun müttəfiq dövlətlərin inteqrasiya əməkdaşlığı üzrə xüsusi nümayəndəsi, səfir Vladimir Semaşko deyib.

Səfirin sözlərinə görə, noyabrın 1-dək 31 müxtəlif istiqaməti əhatə edən "yol xəritəsi" işlənib başa çatdırılmalıdır: "Sentyabrın 6-da iki ölkənin baş naziri yeni ittifaq müqaviləsini reallaşdıran proqramı təsdiqlədilər. Bizim əlaqələr daha da möhkəmlənəcək. Biz vahid sənaye və elm siyasəti aparacağıq. Münasibətlərimizi daha güclü olmaq və yaxşı yaşamaq naminə sıxlaşdıracağıq".

Qeyd edək ki, Minsk və Moskva 2018-ci ilin sonunda iki ölkə arasında inteqrasiyanın gücləndirilməsi üçün işçi qrupu yaradıb. Bu ilin yayında Vladimir Putin və Aleksandr Lukaşenko görüşüb. Noyabrın 1-dək müxtəlif sahələr üzrə inteqrasiyanı nəzərdə tutan 28 "yol xəritəsi" hazırlamaq qərarlaşdırılıb.

Qərara görə, 2020-ci ilin ortalarınadək vahid qanunvericlik bazası yaradılacaq, 2021-ci ildən isə neft-qaz, sənaye, kənd təsərürfatı və nəqliyyat bazarının vahid qaydası formalaşdırılacaq.


Müəllif: Mahir

Oxşar xəbərlər