Səudiyyə Ərəbistanının neft müəssisələrinə edilən hücum xəbərdarlıqdır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri İran Prezidenti Həsən Ruhani deyib.
İran prezidenti açıqlamasında ABŞ ilə Səudiyyəni dəstəkləyən koalisiyanı müharibə başlatmaqda günahlandırıb.
Qeyd edək ki, Səudiyyənin neft müəssisələrinə dronlar vasitəsilə hücum edilib. Nəticədə Səudiyyənin neft istehsalı 50 faiz azalıb. Hücuma görə məsuliyyəti Yəməndəki Husi hərbi qruplaşması üzərinə götürüb.
ABŞ isə Səudiyyə neft obyektlərinə hücumun İrandan həyata keçirildiyini, hücumda istifadə edilən dron və raketlərin qalxdığı nöqtəni təsbit etdiklərini bəyan edib.