İran Prezidenti Həsən Ruhaninin BMT Baş Assambleyasının iclasında iştirakı baş tutmaya bilər. Çünki ona hələ də viza verilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə mənbə təqdim etmədən IRNA və İranın digər media orqanları məlumat yayıb.
“Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Nyu-Yorka sentyabrın 20-də, İran Prezidentinin isə sentyabrın 23-də getməsi planlaşdırılır. Əgər bir neçə saatdan sonra viza verilməsə, səfər ləğv edilə bilər”, – deyə IRNA agentliyi bildirib.