18 Sentyabr 19:23

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların əhəmiyyətli dərəcədə genişləndirilməsinə dair göstəriş verdiyini söyləyib.

“Mən maliyyə nazirinə İrana qarşı sanksiyaların əhəmiyyətli dərəcədə artırılması üçün göstəriş verdim!”, – deyə Tramp ətraflı məlumat vermədən “Tvitter”də yazıb.

Amerika Birləşmiş Ştatlar bundan əvvəl Tehranı Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum etməkdə günahlandırmışdı.


Müəllif: Səxavət