19 Sentyabr 2019 22:39
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Altı yaşlı körpə infark keçirərək vəfat edən anasının cəsədi ilə 5 gün birlikdə qalıb.

Teleqraf.com xəbər verir ki, olay Başqırdıstanın Yanaul kəndində olub.

Ana evdə infarkt olub, heç kimdən kömək istəməyib və bir müddət sonra vəfat edib. Qadının ölməsindən sonra uşaq evdə günlərlə aç-susuz qalıb. Uşağın məktəbə getməməsindən şübhələnən müəlliməsi onun yaşadığı evə gəlib.

Evdən pis qoxu hiss edən müəllimə polisə müraciət edib. Qapını qırıb içəri daxil olan polis anasının cəsədi başında əyləşən 6 yaşlı oğlanı görüb. Təcili tibbi yardım avtomobili uşağı dərhal xəstəxanaya aparıb.

Öncə Yanauldakı xəstəxanaya aparılan uşağın daha sonra Ufa şhərinə göndərildiyi və hazırda reablitasiya mərkəzində nəzarətdə saxlanıldığı açıqlanıb.

Bəlli olub ki, vəfat edən ana əri ilə illər əvvəl ayrılıb və 5 mərtəbəli binanın ikinci mərtəbəsində yaşayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər