20 Sentyabr 2019 10:31
1 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman ölkənin neft müəssisələrinə dron hücumundan sonra ağır günlər keçirir.

Teleqraf.com xəbər verir ki, “Əl-Nəşrə” adlı xəbər saytı şahzadənin psixologiyasının pozulduğunu bildirib.

Mənbə qeyd edib ki, Bin Salma dron hücumundan sonra depressiyaya girib və sakitləşdirici dərmanların dozasını iki dəfə artırıb.

Səudiyyə Ərəbistanının Tvitter fenomeni Müctəhid isə Məhəmməd Bin Salma haqda bunları yazıb:

“Bin Salman hər nə qədər sakit görünsə də, əslində narahat və həyəcanlıdır. O bu dəfə ölkələrini yox edəcək savaş və neft olaylarını ciddiyə alıb. Vəziyyəti qaydasına salmasalar, onları yox edəcəklərini düşünürlər”.


Müəllif: Mənsur Rəğbətoğlu