Avropa Parlamentində kommunizm simvollarının qadağan edilməsi təklif olunub.
Teleqraf.com xəbər verir ki, sosial demokratlar, liberal, yaşil, mühafizəkar və sağçı partiyaların təqdim etdiyi qanun layihəsində Holokosta (Yəhudi soyqırımı) görə SSRİ ittiham olunub.
Müzakirəyə təqdim olunan sənəddə nasist və kommunist rejimlərin bəşəriyyət tarixində görünməmiş cinayətlər törətdiyi, soyqırım və repressiyalar həyata keçirdiyi, ötən əsrdə dünya tarixində misli olmayan cinayətlərə yol açdığı iddia edilib.
Sənəddə keçmiş SSRİ-yə qarşı da ilginc ittihamlar irəli sürülüb, qeyd olunub ki, Avropada ötən əsrin sonlarında dağılmış Sovet İttifaqını xatırladan simvollar yığışdırılmalı və yayılması qadağan edilməlidir.