Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilərin Yəmənin şərqindəki mövqelərinə hücumlara başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” xəbər verir.
Əməliyyatın hədəfinin Hodeyda şəhəri ərazisindəki hərbi obyektlər olduğu elan edilib, bununla belə koalisiyanın komandanlığı mülki şəxslərdən təhlükəli bölgəni tərk etmələrini xahiş edib.
Sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun ərazisində yanğın baş verib. Yanğının pilotsuz uçuş aparatları vasitələrinin hücumu nəticəsində meydana gəldiyi məlum olub.
Hücuma görə məsuliyyəti üsyançı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Onlar avqust ayında “Səməd-3” dronlarından istifadə edərək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadı vurmuşdular.
Bu ilin mayında Yəmən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hava zərbələri nəticəsində 13 mindən çox insanın öldüyünü bildirmişdi.
Yəməndə vətəndaş müharibəsi 2014-cü ildən bəri davam edir. Döyüşən tərəflər husilərin hərb qanadı (“Ənsar Allah” şiə hərəkatı) və ölkənin keçmiş rəhbərliyinə sadiq olan ordunun bir hissəsi, digəri tərəf isə qovulmuş sünni prezident Abd Rabbo Mansur Hadinin qoşunları və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadır.