20 Sentyabr 15:27
215

“İsrail baş naziri Binyamin Netanyahunun bir neçə dəfə Pezident Donald Trampa yalan məlumatlar verdiyini müəyyən etmişdik”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Donald Tramp administrasiyasında ilk dövlət katibi olan Reks Tillerson Harvard Universitetində iştirak etdiyi konfransda açıqlayıb.

Sabiq dövlət katibi Netanyahu ilə Tramp arasında münasibətlərə aydınlıq gətirib.

Binyamin Netanyahunu çox bacarıqlı siyasətçi kimi qiymətləndirən Tillerson eyni zamanda bildirib ki, Netanyahu makevalistdir: “Dedikləri haqqında həmişə bir az şübhə etməyiniz yaxşıdır”.

Netanyahunun bəzi mövzularda Trampı razı salmaq üçün ABŞ prezidentinə yanlış informasiyalar verdiyini bildirən Tillerson aşağıdakıları deyib: “Onlar özlərini yaxşı, digərlərini pis adamlar olduqlarını prezidentə inandırmaq üçün yanlış informasiyalar verdi. Bunu bir neçə dəfə edib.

Həqiqəti daha sonra ortaya çıxarıb prezidenti məlumatlandırdıq. Prezidentə “sizinlə oynadılar” dedik. Bizə bu qədər yaxın və önəmli olan müttəfiqimizin hərəkəti məni narahat etdi”.


Müəllif: Cavad