Braziliya polisi aralarında Senat lideri Bezerra Koelho və oğlu Fernando Koelhonun ofisi daxil olmaqla 52 ünvanda korrupsiyaya qarşı əməliyyat keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Senat liderinin oğlu Fernando federal deputatdır.
Prokurorun hazırladığı ittihamnamədə “gizli və sistemli rüşvət mexanizminin” ortaya çıxdığını qeyd edilib.
Senator Bezerra 2012-2014-cü illərdə Dilma Roussef hökumətində inteqrasiya naziri olduğu zamanı 1,37 milyon dollar rüşvət almaqda ittiham edilir.
Evində aparılan axtarışdan sonra senator Berreza bəyan edib ki, Senat sədrliyi səlahiyyətlərini dövlət başçısı Bolsonaara verməyə hazırdır.
Senatora və oğluna qarşı prokurorluğun şübhəsi 2017-ci ildə yaranıb. Həmin zaman saxlanılan iş adamı əldə edərək bir sıra cinayət işlərində şahid olmağa razılaşıb.
Prokurorluq bundan sonr Braziliya Senatının sədrinin cinayətinə dair ipucu əldə edə bilib.