Türkiyənin Şərqi-Bəyazid mahalında tarixi İshak Paşa Sarayının yerləşdiyi bölgədə bir düşərgə və istirahət sahəsi işlədən Şahin bir müddət əvvəl yaralı tülkü tapıb.
Teleqraf.com xəbər verir ki, düşərgə sahəsinə gətirilən tülkünün yaralarını sağaldan Şahin onu bir qəfəsə salıb.
Elə həmin gün düşərgə bölgəsinə başqa bir tülkü gəlib. Şahin bu tülkünün qəfəsdəki dostu olduğunu düşünüb. O, yaralı tülkünün 15 gün ərzində sağalmasından sonra qəfəsdəki heyvanları sərbəst buraxıb.
Bundan sonra bu canlıların dostuna çevrilən Şahinin işlətdiyi istirahət məkanı tülkülər üçün əyləncəli yerlərdən biri olub. Müştərilərə heç bir əhəmiyyət vermədən düşərgə ərazisini gəzən tülkülər zamanla sakinlərin və turistlərin sevimlisinə çevrilib. Şahin tapdığı yaralı tülkünün ovçulardan tərəfindən vurulduğunu düşünür.
Şahin əhvalatı belə danışıb: “Yaralı tapdığım tülkünün bədəninindən qəlpələri çıxartdım. Yəqin ki, onu ovçular silahla vurmuşdular. Mən onun yaralarını müalicə edərkən düşərgə ərazisinə başqa bir tülkü gəldi, düşünürəm ki, onlar dost idilər.
Həm yaralı heyvanı, həm də o birisini bəsləməyə başladım. Tülkülər onlara böyük məhəbbətlə baxdığım üçün məni sevdilər.Tülküləri qısa müddət qəfəsdə saxladım, yaralı tülkü sağalanda ikisini də qəfəsdən çıxartdım. İndi isə gündüz kənd yerlərində gəzir, axşam ac qalanda yanıma gəlirlər”.