30 Aprel 2014 23:53
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yerləşən camaata məxsus "Alliance for Shared Values" təşkilatı Türkiyə Baş naziri Ərdoğanın Güləni bu ölkədən istəməsinə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, təşkilat Baş nazir Ərdoğanın özündən fərqli düşünən türk vətəndaşlarına qarşı apardığı siyasətin utancverici olduğunu bildirib. Verilən bəyanatda qeyd olunur ki, Ərdoğanın Fətullah Güləni ABŞ-dan istəməsi onun hüquqi təcavüz niyyətinin əlamətidir.

Həmçinin Fətullah Gülənin Türkiyə ilə dünya ölkələri arasındakı dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə, təqdir edilməyi haqq etmişkən, dövlətin imkanlarıyla həm ölkə daxilində, həm də xaricdə hədəf alınması tarixə ibrət olacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər