21 Sentyabr 2019 08:00
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp İranın Səudiyyə Ərəbistanına güman edilən hücumu ilə əlaqədar Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper söyləyib.

Bundan əvvəl ABŞ İranı Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum etməkdə günahlandırıb. İran bu ittihamı rədd edib.

"Prezident, əsasən hava və raket hücumundan müdafiəyə yönələcək ABŞ qüvvələrinin yerləşdirilməsini təsdiqlədi", - deyə Esper bildirib.

"ABŞ İranla müharibəyə can atmır... amma çox sayda hərbi əməliyyat variantı var", - deyə o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər