İraqın Kərbəla şəhərində baş verən terror aktında 9 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, olay bir sərnişin avtobusunun hərbi xidmət postunun yaxınlığından keçən vaxt baş verib.
Partlayış avtobusda yanğında səbəb olub.
İraq hökuməti hadisə zamanı ümumilikdə 9 nəfərin həlak olduğunu, 4 nəfərin yaralandığını açıqlayıb. Rusiya mediası isə partlayışda 14 nəfərin öldüyünü iddia edib.
Hələlik terror aktının məsuliyyətini öz üzərinə götürən olmayıb.